"Siyasi partiyaların siyasi proseslərdə rolu” mövzusunda seminar

Bütün Xəbərlər
06:42 16.05.2011
1390
Tədbirdə ATƏT-ə üzv ölkələrin, o cümlədən Azərbaycandan  dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndə heyətləri iştirak edəcək.

Azərbaycanı seminarda təmsil edən rəsmi nümayəndə heyətinin tərkibində SAM-ın Daxili siyasətin təhlili şöbəsini müdiri vəzifəsini icra edən Tahirə Allahyarova da iştirak edəcək. Tədbirdə siyasi partiyalarla bağlı üzv ölkələrin öhdəlikləri, milli qanunvericiliyin təkmilləşdirilməsi və s. məsələlər geniş müzakirə ediləcək.

Varşavaya səfəri çərçivəsində Azərbaycan  nümayəndə heyəti Polşa Prezident Administrasiyası, Parlamenti və Mərkəzi Seçki Komissiyasında görüşlər keçirəcək. Polşa prezidenti Bronislav Komorovski mayın 17-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Varşavada yeni binasının açılış mərasimində iştirak edəcək və tədbir iştirakçıları ilə görüşəcək.
OXŞAR XƏBƏRLƏR