Siyavuş Novruzov: “Bu gün İctimai Palata deyilən qurum iflasa uğradı”

Siyavuş Novruzov: “Bu gün İctimai Palata deyilən qurum iflasa uğradı”
Bütün Xəbərlər
15:58 17.04.2011
1904

“Biz əvvəllər də demişdik ki, müxalifətin sosial bazası yoxdur. Bu gün də onların mitinq cəhdi dediklərimizi bir daha göstərdi, təsdiq etdi. Keçən dəfə ordan-burdan, aldatmalar, yaxud pul yoluyla cəmisi təxminən 300 adam yığmışdılarsa, bu gün 50-60 nəfər belə olmadı”. Bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov APA-ya açıqlamasında İctimai Palatanın (İP) bugünkü aksiya cəhdini şərh edərkən deyib. 

O, bunun həm də xalqın İP-nin aksiyasına münasibətinin göstəricisi olduğunu vurğulayıb: “Deyirdilər ki, xalq bizi dəstəkləyir. Ancaq göründü ki, bu, qətiyyən belə deyil. Xalq dövlətçiliyin, prezidentin ətrafındadır. Çünki xalq onların kim olduqlarını çox yaxşı bilir. Bu gün öz rəhbərlərinin də heç biri bir neçə nəfəri çıxmaq şərti ilə aksiyada iştirak etməyə gəlməmişdilər. Bircə Pənah Hüseyn idi ki, o da “Park Bulvar”da, “Sahil” metrosunun yaxınlığında görünüb, sonra da sakitcə çıxıb gedib. Digər bir neçə şəxs də belə edib. Qalanları özləri isə kütləvi aksiyaya inanmadıqları, etibar etmədikləri üçün gəlməyiblər. Bu gün İctimai Palata deyilən qurum iflasa uğradı. Biz bunun belə olacağını bilirdik. Keçən dəfə rayonlardan beş-altı adamı pul verib gətirmişdilərsə, bu dəfə həmin adamlar da gəlmədi. Bu gün olanlar sübut edir ki, Azərbaycan xalqı ağı qaradan seçə bilir”.

S. Novruzov deyib ki, Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palataya kütləvi aksiyanın keçirməsi üçün yer ayırsa da, onlar sosial bazaları olmadığından həmin yerdən imtina edib: “Qəzetlərə müsahibə verib deyirlər ki, həmin ərazidən şəhər görünmür. Bəyəm şəhərə baxmağa gedirsən, yoxsa aksiya keçirməyə? Bütün bunlar göstərir ki, həmin adamların məqsədi ara qarışdırmaqdır. Əks halda, razılaşdırılmış yerdə aksiya keçirərdilər. Keçirsinlər, jurnalistlər də, bəzi beynəlxalq təşkilatlar da, səfirlər, onların köməkçiləri, pul verənləri gəlib baxsın. Bir səfirin İsa Qəmbərlə dialoqu var. Səfir deyir 600 adam çıxartmışdınız, İsa Qəmbər də deyir yox, 800 adam idi. Sonra ictimaiyyətə də bəyan edirlər ki, 5 min adam olub. Ayıbdı axı... Bunlar Azərbaycan seçicisinin 0,1 faizinin belə dəstəyini ala bilmirlər”.

S. Novruzov İctimai Palatanın qanunsuz təşkilat olduğunu da söyləyib: “İP-in ipinin kimin əlində olması da bəllidir, ipi tərpətdikcə, bunlar da tərpənir, hərəkət edir. Ancaq bugünkü baş tutmayan aksiyadan sonra onların ictimaiyyət arasına çıxmağa üzləri, deməyə sözləri olmamalıdır”.

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib