Siyavuş Aslanın ölüm xəbəri yayıldı

Siyavuş Aslanın ölüm xəbəri yayıldı
Bütün Xəbərlər
21:19 19.03.2012
7219

Axşam saatlarından etibarən “Fecebook” və “Twitter” sosial şəbəkəsində Azərbaycanın xalq artisti Siyavuş Aslanın ölüm xəbəri yayılıb.

AZXEBER.COM-un məlumatına görə, bir neçə aktiv istifadəçinin aktyorun ölüm xəbəri ilə bağlı məlumatlar paylaşması növbəti qalmaqalın yaranmasına səbəb olub.

Məsələ ilə bağlı olaraq aktyorlar Novruz Qartalvə Ramiz Novruzov “Trend Life”a Siyavuş Aslanın sosial şəbəkələrdə ölümü haqqında yayılan xəbərlərinyalan olduğunu söyləyiblər. “Mən bu gün Siyavuş Aslanla danışmışam və o özünü yaxşı hiss edir”, - xalq artisti Ramiz Novruzov dedi. Novruz Qartal da belə xəbərlərin əsassız olduğunu vurğuladı. Azərbaycan Dövlət Dram Teatrının mətbuat xidməti də bu şaiyəni təkzib etdi.

Qeyd edək ki, bu cür şaiyələr bundan öncə də Azərbaycanın xalq artisti Yaşar Nuri ilə də bağlı yayılmışdı. Bir sıra istifadəçilər aktyorun ölüm xəbərini yaymaqla insanlarda çaşqınlığın yaranmasına səbəb olmuşdu. Ancaq daha sonra bu xəbərlərin əsassız olduğu ortaya çıxmışdı.

OXŞAR XƏBƏRLƏR