Deputat Siyavuş Novruzov haqqında Vikipediyada olan məlumatlara müdaxilə edilib.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov haqqında Vikipediya açıq ensklopediyasında təhrif edilmiş məlumatlar yazılıb.
Belə ki, deputatın anadan olduğu bölgənin adı, atasının adı, peşəsi, milliyəti haqqında olan məlumatlar silinərək yerinə təhqiramiz sözlər yazılıb.
AZXEBER.COM deputat haqqında vikipediyada yazılan təhrif edilmiş məlumatların bəzilərinin skrinşotunutəqdim edir: