Siyavuş Novruzovun ‘erməni’ adlandırdığı diplomatdan cavab – ‘Yalan danışmaq ermənilikdir’

Siyavuş Novruzovun ‘erməni’ adlandırdığı diplomatdan cavab – ‘Yalan danışmaq ermənilikdir’
Bütün Xəbərlər
01:21 04.06.2015
3260

“Xalqa zülm vermək, yalan danışmaq ermənilikdir”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri və bu təşkilatınsəfiri Arif Məmmədov öz şəxsi “facebook” səhifəsində yazıb.

Səfir ötən gün sosial şəbəkədə yazdığı statusdan sonra millət vəkili Siyavuş Novruzovun verdiyi açıqlamaya münasibət bildirib. O, qanında heç bir erməni qanı olmadığını və köklü ailənin nümayəndəsi olduğunu yazıb:

“Bir jurnalistin suallarına verdiyim cavabı diqqətinizə çatdırmaq istərdim. Mən təmiz azərbaycanlıyam. Rəhmətlik atam da, yaşlı anam da, onların ata və anaları, baba və nənələri köklü adlı insanlar olublar. Amma əsl erməniləri biz gündə aşkar edirik. Biabırçılıqları açıqlamaq erməni olmaq deyil. Xalqa zülm vermək, yalan danışmaq ermənilikdir”.

Qeyd edək ki, Arif Məmmədovun "3 gün Azərbaycanda qaldım, mən qocaldım" sözləri birmənalı qarşılanmayıb. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bu sözlərə görə A. Məmmədovun vəzifəsindən azad edilməli və diplomatik rütbələri əlindən alınmalı olduğunu deyib.

S.Novruzov bildirib ki, qanında, canında azərbaycanlı qanı olan bir insan bu cür həqarətlə azərbaycanlıları, öz ölkəsini, öz millətini təhqir edə bilməz: "Bu adamın qanında erməni qanı var. O deyir ki, "3 gün Azərbaycanda qaldım, mən qocaldım". 20 il Azərbaycanın dövlət vəsaiti hesabına, Azərbaycan vətəndaşlarının verdiyi vergilər hesabına 100 min avrodan bahalı maşında gəzən, uşaqlarını bahalı məktəblərdə oxutduran, ailəlikcə müxtəlif istirahət mərkəzlərində dincələn və Azərbaycan Respublikasından əməkhaqqı alan bu adam Azərbaycan haqqında belə söz deyirsə, o, yalnız erməni ola bilər".“Xalqa zülm vermək, yalan danışmaq ermənilikdir”.

OXŞAR XƏBƏRLƏR