Siyazəndə su kanalına düşən azyaşlının durumu açıqlanıb

Siyazəndə su kanalına düşən azyaşlının durumu açıqlanıb
SOSİAL
13:07 29.11.2026
69
2014-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) 28.11.2026-cı il tarixində saat 16:40 radələrində Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

AZXEBER.COM xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, suda boğulma diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən azyaşlı ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında tibb müəssisəsindən buraxılıb.
OXŞAR XƏBƏRLƏR