Siyəzən sakini həmyerlisini güllələyib

Siyəzən sakini həmyerlisini güllələyib
Bütün Xəbərlər
13:57 25.11.2013
625

Siyəzən rayonu ərazisində ov tüfəngi ilə ehtiyatsız davranılması nəticəsində bir nəfər xəsarət alıb.

AZXEBER.COM Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Siyəzən rayonu Həmyə kəndinin ərazisində rayon sakini Tural Mustafayev ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən həmyerlisi Nazim Hüseynov xəsarət alıb.

Siyəzən rayon Polis Şöbəsi əməkdaşları tərəfindən T.Mustafayevdən bir ədəd ov tüfəngi götürülüb.

Faktla əlaqədar araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR