Zahidov göbələk yığmaq üçün getmişdi.
Siyəzəndə orta məktəb şagirdi kanalda batıb.Hadisə dünən baş verib.
Belə ki, 2003-cü il təvəllüdlü Elvin Famil oğlu Zahidov göbələk yığmaq üçün Taxta körpü su kanalının kənarına gedib.
Uşaq kanalın Siyəzən rayonu ərazisindən keçən hissəsində suya yıxılıb.
Göbələk yığmağa gedən və kanalda batan uşağın meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.//anspress