Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 114-cü kilometrliyində, Siyəzən rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qubadan Bakı istiqamətində hərəkət edən 1968-ci il təvəllüdlü Zaqatala rayonu, Danaçı kənd sakini Rauf Ömərovun idarə etdiyi “Mercedes Vita” markalı mikroavtobus Siyəzən rayonunun, Eynibulaq kənd sakini, 1967-ci il təvəllüdlü Cavanşir Talıbovun idarə etdiyi traktorla toqquşub. Qəza nəticəsində 8 nəfər – mikroavtobusun sərnişinləri – Zaqatala sakinləri, 1983-cü il təvəllüdlü Kamil Paşayev, 1988-ci il təvəllüdlü Şərif Davudov, 1981-ci il təvəllüdlü Zümrat Davudov, 1963-cü il təvəllüdlü Abakar Mahmudov, 1976-ci il təvəllüdlü Mahir Xoptiyev, 1963-cü il təvəllüdlü Şaban Piriyev, 1968-ci il təvəllüdlü Rauf Ömərov və Zaqatala rayonu, Makul kənd sakini 1982-ci il təvəllüdlü Elşən Laçınov müxtəlif dərəcəli xəsarətlər alaraq Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. 4 nəfərin vəziyyəti ağır olduğundan onlar Bakıya göndərilib. Məlumata görə, traktorun sürücüsü Cavanşir Talıbov sərxoş olub və hadisə yerindən qaçıb. Faktla bağlı araşdırma aparılır.AZXEBER.COM Yurd TV-yə istinadən şərhsiz videonu təqdim edir.