Siyəzəndə avtoqəzada ölən şəxsin kimliyi məlum olub.
AZXEBER.COM xəbər verir ki, Bakı-Quba yolunun 98-ci km-də, rayonun Beşdam kəndində "Mercedes" markalı minik avtomobililə "Mercedes-Benz" markalı yük maşınının toqquşması nəticəsində həlak olan sürücünün Rüstəm Bəşir oğlu Qənbərov olduğu məlum olub.
R.Qənbərovun cənazəsi adiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində eləcə də Bakı şəhər sakinləri - 1973-cü il təvəllüdlü Şamama Xasay qızı Qənbərova və oğlu 2001-ci il təvəllüdlü Elnur Rüstəm oğlu Qənbərov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.