Siyəzən rayonunda iki məktəbli su kanalında batıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə məktəblilərin su kanalında çimərkən baş verib.
Kanalda boğulanlar Siyəzən rayon sakinləri Rəvan və Elnur Zəkiyev qardaşlarıdır.
Artıq R.Zəkiyevin meyiti tapılıb. Onun qardaşının cəsədinin tapılması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, R.Zəkiyevin 12 yaşı, E.Zəkiyevin isə 13 yaşı olub.