Hər şey əsəbdəndir... Ərə get düzələcək.. - Diaqnozu tapa bilməyən həkimlərin sevimli cümlələri

Hər şey əsəbdəndir... Ərə get düzələcək.. - Diaqnozu tapa bilməyən həkimlərin sevimli cümlələri
SAĞLAMLIQ
23:20 14.07.2018
12270

Çox vaxt pasiyentlər öz ağrılarından, problemlərindən şikayətlənəndə "Məndə hər şey əsəbdəndir", "Qocalıram ona görə ağrıyıram" kimi təskinlik verici fikirlər işlədir. Azərbaycanda ən çox yayılmış el arası diaqnoz isə " Subaysan, evlən, ərə get düzələcək" misalıdır.

Maraqlısı budur ki, bəzən həkimlər də bu sözləri işlədir. Elə ki, pasiyent buket dolu simptomlarla qəbula gəlir, bir-iki analizdən sonra bir şey tapmayan həkim "Yaşla, əsəblə bağlıdır", ya da "Cinsi həyat normal deyil" kimi səbəblər səsləndirir. Azərbaycanda demək olar ki, çox ixtisas həkimləri xəstəyə baxan kimi nevroz, VSD-vegetativ distoniya - dünya səhiyyəsində belə diaqnoz və təbii ki, müalicəsi yoxdur - diaqnozu qoyub, hər bir şeyi buna bağlayırlar.

Qolun ağrıyır - əsəbdəndir, yata bilmirsən - əsəbdəndir, mədən sancır - əsəbdəndir, gözlərin bulanır - əsəbdəndir... Beləcə sanki pasiyenti də arxayın edib, bir iki dərman yazmaqla yola salırlar.

AZXEBER.COM medicina.az-a istinadən diaqnozu tapa bilməyən, bu səbəbdən xəstəni başından etmək istəyən həkimləri elə işlətdiyi cümlələrdən tanımağın yollarını təqdim edir. Tibbdə qəbul olunmayan bu ümumi sözləri, diaqnozları səsləndirən həkimlərdən uzaq durun. Aşağıdakı sözləri işlədən həkimdən çıxıb, başqa peşəkar həkim tapıb bir daha yoxlanın:

1. Bu hal sizdə havadandır

Bu "diaqnoz"u fəsil fərqi qoymadan qışda da, yayda da qoyurlar. Deyirlər ki, yayda istidən, qışda da soyuqdan insan halsız, xəstə düşür. Bu, absurd fikirdir. Ola bilər, isti insana pis təsir etsin. Amma konkret nəyə və niyə təsir edir, bunu tapmaq lazımdır. İndi hətta təzyiq problemini də havaya bağlayanlar var.

Hava - insanda olan çatışmazlıqları üzə çıxaran səbəbdir. Xəstəliyin kökü deyil. 40 dərəcə hərarətlə yanına gələn xəstəyə "Havadandır, bu istidə kim dözər" deyən həkim göz görə-görə sizi aldadır.
 
Ciddi baş ağrıları, təzyiq, halsızlıq - bunları yaradan səbəbləri araşdırmalı, müayinələr təyin olunmalı, yalnız ondan sonra təzyiq dərmanları yazılmalıdır. Xəstə özü istidir, soyuqdur deyə aptekdən istənilən baş ağrı, təzyiq dərmanını içməklə düzəlməyəcək. Xüsusən yuxarı və aşağı təzyiqi olan xəstəni həkim diqqətlə müayinə etməli, müşahidədə saxlamalıdır.
 

2. Hər şey əsəbdəndir, nevroz, vegetativ distoniya

Az qala, hər 10 xəstədən 5-ə bu cümlə deyilir. Düzdür, əsəb, həyəcan, təşviş ümumi orqanizmə mənfi təsir edir, amma bu təsiri də aradan qaldırmaq lazımdır. Əgər müayinələrdə digər orqanik səbəb tapılmayıbsa, xəstə əsəbdən özünü yeyirsə, o zaman onu psixoterapevt, psixoloqa yönəltmək lazımdır. Amma çox zaman iltihab, mikrob, infeksiya, hormonal problemlər də xəstəni əsəbi edə bilər. Hətta ciddi psixi problemləri olanlar belə bəzən fiziki olaraq sağlam və güclü görünürlər, heç yerləri də ağrımır. Bəs necə olur ki, sadəcə əsəbi zəif olan adamın ürəyi, mədəsi, başı ağrıyır? Ola bilər ki, bu insanda qalxanabənzər vəzinin fəaliyyəti, qan dövranı pozulub, ola bilər ki, hansısa mineral, vitamin əksikliyi var. Axı bu çatışmazlıqlar da daş kimi lal adamı özündən çıxara bilir.

 

Hər şey əsəbdəndir deyib, əlavə müayinə və müalicəyə gərək görməyən həkimdən də qaçın.

3. Axı bura ağrımamalıdır, niyə ağrısın?

Çox axmaq sualdır, deyilmi? Ağrı olan nahiyəni yoxlayır, sadəcə USM-də baxır, heç nə görmür və xəstənin ağrı siqnalını önəmsəmir. Halbuki istənilən nahiyədə, nöqtədə ağrı orqanizmin siqnalıdır. Əgər insanda ağrı hissiyatı olmasaydı, özünü oda atar, yandırar, əl-ayağını sındırardı.

Orqanizmdə olan iltihabi prosesi tapmaq lazımdır. Əgər ürəyin arxası ağrıyırsa, ürək isə müayinədə normal çıxıbsa, deməli mədəni, ağciyəri, əzələ və sinirləri yoxlamaq lazımdır. Çox vaxt mədə ağrısı ilə infarktı səhv salıb xəstəyə yanlış iynə vuran təcili yardım briqadaları bu səhv metodla onlarla insanın ölümünə səbəb olublar. Hər şeyin kökündə isə 5-10 dəqiqə əlavə vaxt ayırıb xəstəni kardioqramma etməmək dayanır.

4. Cinsi həyatın normal deyil, ona görə ağrıyırsan

İntim əlaqənin sağlamlığa faydaları çoxdur, amma bu o demək deyil ki, insan orqanizmi seksdən bu qədər asılıdır. Hormonal fon cinsi həyatın az və ya çoxluğuna görə dəyişir, amma seksin olmaması insanın xəstə olması anlamına gəlmir. Kişidə uroloji, qadınlarda ginekoloji xəstəliklərin kökündə seks yox, daha çox infeksiyalar, mikroblar, artıq çəki, yanlış gigiyena, genetik amillər dayanır. Bütün günü intim əlaqədə olub, hamilə qalmamaq üçün qoruyucu tabletlerdən istifadə edənlərə bu dərmanlar daha mənfi təsir edir, nəinki az intim əlaqədə olmaq. Ona görə bu sözləri deyən həkimdən də qaçsanız yaxşıdır.
  
5. Qocalıqdandır, yaşla əlaqədardır

35 yaşında gələn xəstəyə də bu sözü deyə bilərlər, 55 yaşında gələn xəstəyə də. Sanki 20-25 yaşında insanın heç yeri ağrımır deyə qanun var. Qarşısında oturan xəstənin yaşına görə diaqnoz qoyan, yaşlı adamın xəstəlik səbəbini, kökünü tapmağa meyilli olmayan həkimdən uzaq olmaq lazımdır.
 
Bir çox hallarda ayağı ağrıyan, yatanda ayaqları sancan xəstəyə "yaşla əlaqədardır" deyib yola salırlar. Amma xəstədə ateroskleroz olub. Halbuki angioplastika və qan dövranı tənzimləyici dərmanlarla onun vəziyyətini yaxşılaşdırmaq olardı. Qocalmaq xəstə olmaq demək deyil. Qocalığın əlamətləri diş, ağaran saçlar, zəifləyən gözlər ola bilər. Amma bütün günü ağrılarla yaşamaq olmaz. Çixış yolu yaşından asılı olmayaraq, xəstəsinə komponent yanaşan peşəkar həkim tapmaqdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Neftçalada “Qırmızı kitab”a düşən ceyranı bişirib YEDİLƏR
15:52 26.07.2025
Neftçalada “Qırmızı kitab”a düşən ceyranı bişirib YEDİLƏR
Pezeşkian: İran Azərbaycan və digər qonşu ölkələrlə əlaqələri gücləndirəcək
15:41 26.07.2025
Pezeşkian: İran Azərbaycan və digər qonşu ölkələrlə əlaqələri gücləndirəcək
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
15:19 26.07.2025
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
Şuşada yanğın zamanı mina partlayışları oldu
15:16 26.07.2025
Şuşada yanğın zamanı mina partlayışları oldu
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
15:05 26.07.2025
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
14:45 26.07.2025
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
14:33 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
14:15 26.07.2025
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
14:14 26.07.2025
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
14:04 26.07.2025
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
13:58 26.07.2025
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
AFFA-nın mətbuat katibi dəyişdi
13:56 26.07.2025
AFFA-nın mətbuat katibi dəyişdi
"Bir də Bodruma getməyəcəyəm"
13:47 26.07.2025
"Bir də Bodruma getməyəcəyəm"
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
13:44 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
13:38 26.07.2025
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"
13:33 26.07.2025
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"