"Qan Donorları Assosiasiyası" İctimai Birliyinin sədri Fuad Əsgərovun 1 dekabr QİÇS-lə mübarizə gündə gənclərə müraciət edib. Müraciətdə deyilir : Dəyərli gənclər! Biz, Azərbaycanda qan donorluğunun inkişafına dəstək məqsədi ilə fəaliyyət göstərir və irsi qan xəstəlikləri səbəbindən uşaq ölümünə qarşı mübarizə aparırıq. Bizim məqsədlərimizdə gənclərin sağlam olması və qan donorluğunda aktiv fəaliyyəti gündəm kəsb etdiyindən gənclərimizin sağlam həyat tərzi keçirməsi üçün bir çox işlər görürük. Unutmamalıyıq ki, sizin sağlam olmanız cəmiyyətin sağlam olması deməkdir. Sizin hər biriniz potensial sağlam qan donorudur. Bu o deməkdir ki, siz canlı həyat bənbəyisiniz və verdiyiniz qanlarla insanlar ölümdən qurtula bilər. Sizin sağlamlığınıza insanların ehtiyacı var. Bu səbəbdən sağlam həyat tərzi keçirmək və zərərli vərdişlərdən qaçmaq artıq sizin mənəvi və fiziki borcunuzdur.