Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər

Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
SOSİAL
15:30 24.06.2026
405
"Sökülən evlərlə bağlı kompensasiya məsələsində sosial amillər də nəzərə alınmalıdır".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycan Qiymətləndiricilər Palatasının mətbuat konfransında Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov deyib.

Sədr qeyd edib ki, söküntü aparılan ərazilərdə maddi itkilər də qiymətləndiriliməlidir: "Sökülən evlərlə bağlı kompensasiya yalnız əmlakın bazar dəyəri əsasında müəyyən edilməməlidir. Bu prosesdə insanların üzləşdiyi sosial və maddi itkilər də qiymətləndirilməlidir".

O həmçinin bildirib ki, yaşayış yerini dəyişən şəxslər üçün əlavə çətinliklər yarana bilər. Məsələn, həmin ərazidə işləyən insanlar köçdükdən sonra iş yerlərinə uzaq məsafədən getməli, nəqliyyat xərcləri artmalı və ya yeni ərazidə iş imkanları axtarmalı ola bilərlər.

Bu səbəbdən kompensasiya mexanizmlərində yalnız evin dəyəri deyil, vətəndaşların köç nəticəsində yarana biləcək digər itkiləri və sosial faktorları da nəzərə almaq vacibdir.

Şahanə
OXŞAR XƏBƏRLƏR