Sökülmüş məscid minarəsi gecəyarı bərpa olunub

Sökülmüş məscid minarəsi gecəyarı bərpa olunub
Bütün Xəbərlər
19:01 28.11.2013
798

Gürcüstanın Adıgen rayonunun Çela kəndində bir neçə ay əvvəl sökülmüş məscid minarəsi gecə yarısı bərpa olunub. 

ANS PRESS-in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bir neçə saat ərzində davam edən bərpa işlərinə yerli sakinlər də kömək edib. Təhlükəsizlik baxımından işin gedişi polis işçiləri tərəfindən nəzarətə götürülüb. Xatırladaq ki, Çela kəndində inşa edilən minarə 2013-cü ilin avqust ayında qurulub. Onun sökülməsini qanunsuz olması ilə əlaqələndiriblər. Minarənin sökülməsi kənddə yaşayan xristianlar və müsəlmanlar arasında qalmaqala da səbəb olmuşdu.

OXŞAR XƏBƏRLƏR