AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya - Azərbaycan matçının stadionu dəyişdirilib.
Oyun əvvəldən nəzərdə tutulduğu kimi, Bratislavadakı Milli Futbol Stadionunda deyil, Trnavadakı Anton Malatinski adına Stadionda keçiriləcək.
Buna səbəb Bratislavadakı arenanın ot örtüyünün yaxşı vəziyyətdə olmamasıdır.
Qeyd edək ki, qarşılaşma noyabrın 19-da keçiriləcək.