"Smart Customs"da dəyişiklik xaricdən edilən sifarişlərə necə təsir edəcək? - VİDEO

"Smart Customs"da dəyişiklik xaricdən edilən sifarişlərə necə təsir edəcək? - VİDEO
SOSİAL
22:36 02.06.2026
91
Xaricdən məhsul sifariş edənlər üçün qaydalar dəyişdi...

Gömrük bəyannamələri yeni qaydada bəyan ediləcək. Artıq, fərdi identifikasiya nömrəsi ilə sistemə daxil olaraq "Elektron Ticarət Bəyannaməsi" xidmətindən istifadə etmək mümkün olmayacaq.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən xəbərinə görə, iqtisadçı ekspert Kənan Quluzadə deyir ki, "smart custom" sisteminə giriş artıq fin kod və parolla deyil, "asan imza" və "sima" ilə təmin olunur. 

Ekspert bildridi ki, qaydalardakı bu dəyişiklik eyni zamanda, xaricdən məhsul sifariş edənlərin işini bir növ çətinləşdirir.

Elektron ticarət üzrə mütəxəssis Nicat Manafov bildirir ki, əvvəllər, başqa şəxslərin adına açılmış profillərin şifrə və parolundan istifadə etməklə onların adından məhsul sifariş etmək mümkün idi. Lakin bundan sonra bu mümkün olmayacaq.

Ekspertin sözlərinə görə, yeni sistem nisbətən, yaşlı nəsil üçün bəyan etmə prosesində çətinlik yarada bilər. Amma onlar da zamanla buna uyğunlaşa biləcəklər.

OXŞAR XƏBƏRLƏR