Smartfonlara 30 saniyəyə enerji ilə yükləmək mümkün olacaq

Smartfonlara 30 saniyəyə enerji ilə yükləmək mümkün olacaq
Bütün Xəbərlər
19:30 09.04.2014
1026
Təl-Əviv Universitetinin alimlərinin bilavasitə iştirakı ilə yaradılmış İsrailin StoreDot startapı müasir dövrün aktual problemini – smartfonlarda batareya enerjisinin çatışmazlığını həll edəcək eyni adlı qurğusunu təqdim edib. 
Cihaz smartfonlara enerjini qənaətcil işlətməkdə deyil, smartfonların 30 saniyə ərzində enerji toplamasına kömək edəcək.
Enerji yükləmə qurğusunun iş prinsipi açıqlanmır; onun yaradıcıları yalnız deyirlər ki, cihazın hansısa bioüzvi nanokristallar əsasında yaradılıb. StoreDot qurğusunun işçi prototipi Samsung Galaxy S4 smartfonunu 30 saniyə müddətində enerji ilə doldura bilib.(milli.az)
OXŞAR XƏBƏRLƏR