SOCAR" araşdırma üçün hadisə yerinə gəmi göndərib
AZXEBER.COM xəbər verir ki, SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov hadisə ilə bağlı açıqlama yayıb:
"Hörmətli izləyicilər, paylaşımda əvvəl qeyd olunan vulkan püskürməsi fərziyyəsi (məhz fərziyyə kimi də qeyd olunmuşdu), hadisəni izləyən həmkarların ilkin ehtimalıdır. Fərziyyə odur ki, yanlış ola bilər. Ayrı cür anlaşılmasın deyə, paylaşımı bir neçə dəqiqə sonra düzəltdim. Amma hazırda dəqiq məlumat budur ki, SOCAR-a aid olan hər hansı bir sənaye obyektində qəza baş verməyib. Hadisə yerinə araşdırma üçün gəmi göndərilib. Əlavə məlumat olan kimi paylaşılacaq".