SOCAR-dan tələbələrə hədiyyə - 'SOCAR Yay Məktəbi 2012'
Bütün Xəbərlər
16:55 12.07.2012
3031
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ənənəvi olaraq hər il Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün “SOCAR Yay Məktəbi” layihəsini həyata keçirir. ARDNŞ-ın Baş Ofisindən AZXEBER.COM-a verilən məlumata görə, “SOCAR Yay Məktəbi 2012” layihəsinə müraciət onlayn qaydada qəbul edilir. 11 İyul 2012-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “SOCAR Yay Məktəbi 2012” layihəsinə sənəd qəbulu başlanmışdır. Layihəyə Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrində bakalavriatura və magistratura pillələri üzrə təhsil alan tələbələr müraciət edə bilərlər. “SOCAR Yay Məktəbi” layihəsi tələbələrin neft-qaz sənayesinin müxtəlif sahələrində təcrübi biliklərinin artırılması, tələbələrin real iş şəraiti ilə yaxından tanış olmaları və nəzəri biliklərinin təcrübədə tətbiqi ilə yanaşı yay tətillərini əyləncəlli və səmərəli keçirmələri məqsədini daşıyır. Müraciət etmək istəyənlər www.socar.az/tehsil