SOCAR-ın prezidenti Türkmənistanın dövlət başçısı ilə görüşüb - FOTO

SOCAR-ın prezidenti Türkmənistanın dövlət başçısı ilə görüşüb - FOTO
İQTİSADİYYAT
13:30 13.05.2021
1901
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkmənistanın neft-qaz kompleksinə xarici investisiyaların cəlb olunması üzrə Beynəlxalq forumda iştirak etmək məqsədi ilə Aşqabada səfər edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Səfər çərçivəsində Rövnəq Abdullayev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

R.Abdullayev Prezident İlham Əliyevin səmimi salamını çatdırıb, Azərbaycanın Türkmənistanla müxtəlif sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsində marağlı olduğunu Türkmənistanın dövlət başçısına bildirib.

Prezident Berdiməhəmmədov qeyd etmişdir ki, qonşu dövlətlərlə səmimi münasibətini daim dəyərləndirən Türkmənistan bundan sonra da Türkmən və Azərbaycan xalqlarının rifahı naminə faydalı əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Görüş zamanı qeyd olunub ki, Türkmənistan malik olduğu nəhəng təbii ehtiyatların mənimsənilməsi və Xəzər regionundan dünya bazarlarına tədarükünün şaxələndirilməsi məqsədilə əməli addımlar atır.

Enerji sektorunda strateji tərəfdaşlığın daha da aktivləşdirilməsi, müştərək layihələrin, o cümlədən Xəzər dənizində Azərbaycan və Türkmənistanın "Dostluq” yatağının birgə işlənməsi layihəsinin reallaşdırılması imkanları müzakirə olunub.

Qeyd olunub ki, bu il yanvarın 21-də "Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Türkmənistan və Azərbaycan Respublikaları arasında imzalanmış anlaşma memorandumunu dövlətlərarası münasibətlərin yüksək səviyyədə olduğunu, qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslandığını əks etdirir.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Liviyada İran və Əfqanıstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulub
04:20 30.10.2026
Liviyada İran və Əfqanıstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulub
Gürcüstan Patriarxlığı beynəlxalq qumar oyunlarının təşkili ilə bağlı qanuna etiraz edir
04:10 30.10.2026
Gürcüstan Patriarxlığı beynəlxalq qumar oyunlarının təşkili ilə bağlı qanuna etiraz edir
ABŞ-nin neft ehtiyatları azalır
04:00 30.10.2026
ABŞ-nin neft ehtiyatları azalır
Bu ifadəMeksika ilə Fransa arasında mübahisə doğurub
03:53 30.10.2026
Bu ifadəMeksika ilə Fransa arasında mübahisə doğurub
Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur
03:46 30.10.2026
Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur
Fransız deputat: Makron “nifrət ideologiyalarının” yayılmasına imkan verib
03:38 30.10.2026
Fransız deputat: Makron “nifrət ideologiyalarının” yayılmasına imkan verib
Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb
03:30 30.10.2026
Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb
Avropa Şurasının işgəncələr əleyhinə Komitəsi Fransanı sərt tənqid edib
03:23 30.10.2026
Avropa Şurasının işgəncələr əleyhinə Komitəsi Fransanı sərt tənqid edib
Sosial şəbəkələrdə yaşın yoxlanılması üçün yeni üsullar açıqlanıb
03:16 30.10.2026
Sosial şəbəkələrdə yaşın yoxlanılması üçün yeni üsullar açıqlanıb
Ronaldo karyerasının 985-ci qolunu vurub
03:06 30.10.2026
Ronaldo karyerasının 985-ci qolunu vurub
Alimləri və həkimləri dezinformasiyadan qoruyacaq qanun layihəsi hazırlanıb
02:56 30.10.2026
Alimləri və həkimləri dezinformasiyadan qoruyacaq qanun layihəsi hazırlanıb
Trampın BBC-yə qarşı 10 milyard dollarlıq iddiası rədd edilə bilər
02:50 30.10.2026
Trampın BBC-yə qarşı 10 milyard dollarlıq iddiası rədd edilə bilər
Şri-Lankada Afrika donuz taunu yenidən yayılıb
02:43 30.10.2026
Şri-Lankada Afrika donuz taunu yenidən yayılıb
ÜST: Yəməndə son üç ayda davam edən eskalasiya nəticəsində təqribən 1700 nəfər ölüb
02:36 30.10.2026
ÜST: Yəməndə son üç ayda davam edən eskalasiya nəticəsində təqribən 1700 nəfər ölüb
Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir
02:30 30.10.2026
Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir
“Google” kibertəhlükəsizlik üçün “Gemini 4 Carbon” süni intellekt modelini təqdim edib
02:23 30.10.2026
“Google” kibertəhlükəsizlik üçün “Gemini 4 Carbon” süni intellekt modelini təqdim edib