‘SOCAR-ın yatırımı Türkiyədəki siyasi sabitliyə inamı daha artırdı’ - Türkiyəli nazir

SİYASƏT
13:30 20.03.2014
1011
"Azəri qardaşlarımızla təkcə qardaşlıq münasibətləri deyil, eləcə də sıx iqtisadi əlaqələrimiz var. 
TANAP-ı bura daxil etsək, 20 milyard dollarlıq yatırımdan söhbət gedir. Bu həyəcanverici bir rəqəmdir. SOCAR-ın yatırımı Türkiyədəki siyasi sabitliyə inamı daha artırdı". 
Bu sözləri Türkiyənin Energetika və Təbii sərvətlər naziri Taner Yıldız Petkim limanın görülən işlərlə tanış olarkən bildirib. O, jurnalistlərin suallarını cavablandırarkən layihənin önəmindən söz açıb. Taner Yıldız Türkiyədə ən böyük liman olacaq Petkim limanındakı işlərin 2015-ci ildə yekunlaşacağını qeyd edib: "Burada görülən işlərin Türkiyə iqtisadiyyatının daha da inkişaf etməsi üçün önəmli yeri var".(Anspress) - 

OXŞAR XƏBƏRLƏR