SOCAR prezidenti BİTK şagirdlərinə təqaüd sertifikatlarını təqdim etdi – FOTOLAR

SOCAR prezidenti BİTK şagirdlərinə təqaüd sertifikatlarını təqdim etdi – FOTOLAR
SOSİAL
13:27 05.09.2016
3932
Bu gün Bakı İstedadlar Təhsil Kompleksində (BİTK) yeni tədris ilin açılışı münasibəti ilə tədbir keçirilib. "Report" xəbər verir ki, tədbirdə yerli və xarici müəllimlər, məktəbin heyəti, şagird və onların valideynləri iştirak ediblər.
Bu il açılış tədbirinə məktəbin tərəfdaşı olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev də qatılıb. Məktəbin direktoru Sigve Austheim salamlama nitqi ilə tədbirin açılışını elan edib. Direktor məktəbdə Kembric Əsas Tədris planının tədris olunduğunu qeyd edib. Bu il məktəb tərəfindən 8 azərbaycanlı müəllim Nottinqem Universitetinə PGCEi ixtisas artırma kurslarına göndərilib, gələn ildə də yerli müəllimlərin ixtisas artırma təlimlərinə göndərilməsi nəzərdə tutulur.
Daha sonra SOCAR prezidenti çıxış edib, şirkət və ölkənin inkişafı üçün insan resurslarının əhəmiyyətindən danışıb. R. Abdullayev SOCAR-ın transmilli şirkətə çevrilərək, Azərbaycanın aktivlərini beynəlxalq miqyasda məharətlə idarə etdiyini qeyd edib: “Bu gün SOCAR Azərbaycanda ən çox işçisi olan şirkətdir. İnvestisiya layihələrimiz Azərbaycanın dövlət büdcəsinə milyardlarla əlavə gəlir gətirməkdədir.” Sənaye obyektlərinin əhəmiyyətindən söz açan SOCAR-ın prezidenti, hər bir inkişafın əsasında duran insan faktorunun rolunu vurğulayıb, şirkət və ölkənin gələcək inkişafını ilk növbədə məhz yüksək savadlı gənclərin yetişdirilməsi ilə əlaqələndirib.
Bakı İstedadlar Təhsil Kompleksi (BİTK), Bakı Ali Neft Məktəbi (BANM) və s. kimi təhsil ocaqlarının tərəfdaşı olan SOCAR ölkədə təhsilin inkişafına mühüm töhfələr verir. Tələbələrə keyfiyyətli təhsil imkanı yaratmaq və daha yüksək nəticələrə təşviq etmək üçün şirkət tərəfindən bir sıra təşviqat tədbirləri həyata keçirilir. Yerli və xarici ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr arasında təqaüd müsabiqələri keçirilir. Hazırda yüzlərlə tələbələr SOCAR təqaüdü ilə ölkə daxilində və xaricdə keyfiyyətli təhsil alırlar.
Tədbirdə qeyd olunub ki, bu ildən etibarən SOCAR-ın təqaüd müsabiqəsi həm də BİTK-nin orta məktəb şagirdləri üçün keçirilib, Britaniya proqramı üzrə keçirilən müsabiqənin nəticələri Böyük Britaniyada müstəqil nəzarətçilər tərəfindən yoxlanılıb. İmtahan iştirakçılarından səkkiz şagird, Elfi Əliyeva, Yüksəl Bədəlov, Arslan Məhərrəmli, Ömər Qəhrəmanov. Lyudmila Podqornaya, Aslan Hüseyn, Camal Hüseyn və Nihat İbrahimov ən yüksək nəticə əldə edib, SOCAR-ın təqaüdünə layiq görülüblər.
SOCAR prezidenti təqaüd sertifikatlarını gənc mükafatçılara təqdim edib, onları təbrik edib. Tədbirin davamında təqaüdçülər və onların valideynləri çıxış edib, belə bir imkanın təşkil olunmasına görə təşəkkürünü bildiriblər. Tədbirdən sonra SOCAR-ın prezidenti məktəbdə baxış keçirib, SOCAR-ın dəstəyi ilə aparılmış əsaslı təmir işlərinin nəticələri ilə tanış olub.
Qeyd edək ki, Bakı İstedadlar Təhsil Kompleksi (BİTK) 2012-ci ildə Britaniya məktəbi kimi SOCAR-ın dəstəyi ilə təsis olunub. Məktəbdə tədris Britaniya kurrikulumu əsasında yerli və xarici müəllimlər tərəfindən aparılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başlayıb
11:03 09.09.2025
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başlayıb
Gəncədə hava limanında 10 min manatlıq qızıl oğurlanıb
10:59 09.09.2025
Gəncədə hava limanında 10 min manatlıq qızıl oğurlanıb
Bakıda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb
10:57 09.09.2025
Bakıda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb
Xalq artisti Sərdar Fərəcovun vəziyyəti açıqlanıb
10:53 09.09.2025
Xalq artisti Sərdar Fərəcovun vəziyyəti açıqlanıb
İran parlamenti qapalı toplantı keçirir
10:45 09.09.2025
İran parlamenti qapalı toplantı keçirir
Cici və Kendal birlikdə kamera qarşısına keçib - FOTOLAR
10:44 09.09.2025
Cici və Kendal birlikdə kamera qarşısına keçib - FOTOLAR
İlham Əliyev: "COP29-un uğurlu nəticələri "Bakı sıçrayışı" kimi tarixə düşüb"
10:38 09.09.2025
İlham Əliyev: "COP29-un uğurlu nəticələri "Bakı sıçrayışı" kimi tarixə düşüb"
Türk Dövlətləri Təşkilatının hökumət başçılarının ilk toplantısı keçiriləcək
10:35 09.09.2025
Türk Dövlətləri Təşkilatının hökumət başçılarının ilk toplantısı keçiriləcək
Hadise ana olmaq istəyir
10:34 09.09.2025
Hadise ana olmaq istəyir
Kolleclərə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat ba
10:31 09.09.2025
Kolleclərə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat ba
Azərbaycan Çinlə Orta Dəhlizin inkişafını müzakirə edib
10:29 09.09.2025
Azərbaycan Çinlə Orta Dəhlizin inkişafını müzakirə edib
"Sən özünü sevməsən, heç kəs səni sevməyəcək" - Xalq artisti
10:28 09.09.2025
"Sən özünü sevməsən, heç kəs səni sevməyəcək" - Xalq artisti
Nepalda etirazlardan sonra sosial şəbəkələrin bloklanması ləğv edilib
10:20 09.09.2025
Nepalda etirazlardan sonra sosial şəbəkələrin bloklanması ləğv edilib
İlham Əliyevdən Çinlə viza rejiminin ləğvi ilə bağlı açıqlama
10:16 09.09.2025
İlham Əliyevdən Çinlə viza rejiminin ləğvi ilə bağlı açıqlama
Prezident: Sülh sazişinin paraflanması bölgə və daha geniş coğrafiya üçün əlverişli imkanlar yaradır
10:13 09.09.2025
Prezident: Sülh sazişinin paraflanması bölgə və daha geniş coğrafiya üçün əlverişli imkanlar yaradır
NİİM yeni tədris ilinin başlanması ilə bağlı sürücülərə müraciət edib
10:03 09.09.2025
NİİM yeni tədris ilinin başlanması ilə bağlı sürücülərə müraciət edib