SOCAR Türkiyədəki "Star Rafineri” neft emalı zavodu üçün Səudiyyə Ərəbistanına üç milyon barel neft sifariş verib.
"Report” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının milli neft şirkəti olan "Saudi Aramco” təsdiq edib.
Xatırladaq ki, 2018-ci ilin oktyabrın 19-da STAR-ın açılış mərasimi keçirilib. Zavodun təməli 2011-ci il oktyabrın 25-də qoyulub. Zavodu "Técnicas Reunidas” (İspaniya), "Saipem” (İtaliya), "GS Engineering & Construction Corp” (Cənubi Koreya) və "Itochu” (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.