SOCAR: TAP seçimi Azərbaycanın “Cənub enerji dəhlizi” konsepsiyasına sadiq olduğunu bir daha göstərdi

SOCAR: TAP seçimi Azərbaycanın “Cənub enerji dəhlizi” konsepsiyasına sadiq olduğunu bir daha göstərdi
İQTİSADİYYAT
11:30 10.07.2013
2015

SOCAR-ın Baş ofisində Şirkətin prezidenti Rövnəq Abdullayev “Statoyl” şirkətinin Avrasiya üzrə baş vitse-prezidenti Torgeir Kidlandın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZXEBER.COM-un şirkətə istinadən verdiyi xəbərə görə, Rövnəq Abdullayev “Statoyl” şirkəti ilə SOCAR arasında uzun müddət davam edən səmərəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu və son dövrdə “Statoyl”un iştirak etdiyi “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələri çərçivəsində aparılan neft-qaz əməliyyatlarında mühüm irəliləyişlər əldə edildiyini bildirib.“Statoyl” şirkətinin Avrasiya üzrə baş vitse-prezidenti Torgeir Kidland Azərbaycan qazının Avropaya nəql edilməsi üçün boru kəmərinin seçiminin uğurlu olduğunu və Transadriatik qaz boru kəmərinin (TAP) Avropa istehlakçılarının təbii qazla təchiz edilməsi baxımından mühüm töhfə verəcəyinə inandığını qeyd edib.

Qonaq “Statoyl”un Azərbaycandakı fəaliyyətinə daim dəstək göstərdiyinə görə SOCAR-ın prezidentinə minnətdarlığını bildirib, qarşıdakı illərdə bu fəaliyyətin daha da genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.O qeyd edib ki, “AÇG” və “Şahdəniz” kimi regional və qlobal əhəmiyyətli net-qaz layihələrindən sonra “Zəfər-Məşəl” strukturunda kəşfiyyat işlərinə başlanılması “Statoyl”un Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi üçün çox vacibdir.

Torgeir Kidland bu gün səhər “Yeni Çıraq Layihəsi” çərçivəsində inşa olunan platformanın tikinti meydançasında olduqlarını və platformada artıq son tamamlama işlərinin aparıldığından məmnunluğunu bildirib.Rövnəq Abdullayev birgə layihələr üzrə işlərin qrafikə uyğun getdiyini qeyd edib, TAP boru kəmərindən danışarkən bildirib ki, bu seçim Azərbaycanın “Cənub enerji dəhlizi” konsepsiyasına sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirib.R.Abdullayev TAP boru kəmərinin Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində Azərbaycanın rolunun artırılması üçün geniş imkanlar açaçağına inandığını söyləyib. O bildirib ki, iki şirkət arasında qurulmuş etibarlı tərəfdaşlıq münasibətləri istər “Şahdəniz”, istər digər layihələr, istərsə də “Zəfər-Məşəl” strukturu üzrə birgə fəaliyyətin daha dinamik inkişafı üçün əsas verir.Görüşdə əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub, birgə layihələrlə bağlı ətraflı fikir mübadiləsi aparılıb, təcrübə mübadilələrinin önəmi qeyd olunub, qarşıda duran məsələlər müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda gəlinini döyən qayınanaya cinayət işi açıldı
10:59 18.10.2026
Bakıda gəlinini döyən qayınanaya cinayət işi açıldı
Salyanda avtomobil aşıb - 3 nəfər xəsarət alıb
10:11 18.10.2026
Salyanda avtomobil aşıb - 3 nəfər xəsarət alıb
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
10:07 18.10.2026
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb