SOCAR Ukraynada təcili tibbi yardım və yanğınsöndürən avtomobillərə pulsuz yanacaq verəcək

İQTİSADİYYAT
22:39 26.02.2022
442
"SOCAR Energy Ukraine" təcili tibbi yardım və yanğınsöndürən avtomobillərinə pulsuz yanacaq verəcək.

AZXEBER.COM xəbər verir ki, SOCAR-ın vitse-prezidentinin müavini İbrahim Əhmədov feysbuk səhifəsində yazıb.

"Ukraynada fəaliyyət göstərən "SOCAR Energy Ukraine" şirkəti, humanizm prinsiplərini rəhbər tutaraq, təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq ilə dəstək verəcək", - paylaşımda deyilir.
OXŞAR XƏBƏRLƏR