Meksikanın qərbindəki Haliskodakı Zapopan şəhərində yanvarın 27-də qalmaqal qopmuşdu. Burada yaşayan ailələrdən birinin 9 yaşlı qızı başağrısı və ürəkbulanmasından şikayətləndiyi üçün həkim müayinəsinə aparılmışdı.
9 yaşlı qızın müayinəsi onun hamilə olduğunu göstərmişdi.Polisə ifadə verən qız 17 yaşlı gənclə əlaqədə olduğunu və həmin gəncdən hamilə qaldığını demişdi.Lakin indi qalmaqal yenidən alovlanıb.
Dafne adlı bu qızın 9 yox, 14 yaşında olduğu deyilir.Ögey atası tərəfindən dəfələrlə zorlanandan sonra hamilə qalmış Dafnenin “bətnimdəki uşağın atası odur” dediyi 17 yaşlı oğlan məsələsi də uydurma imiş.
Çünki Dafnenin ailəsinin qonşularının dediklərinə görə, qız ilə oğlan arasında heç bir əlaqə yoxmuş.Dafnenin bətnindəki körpənin gerçək atasının qızın atalığı olmasını polis araşdırır.Prokuror yarıdmçısı Lina Qonsales Koronanın dediyinə görə, ailənin biabırçılığı ört-basdır etmək üçün “Dafne 17 yaşlı oğlandan hamilə qalıb” iddiasını ortaya atması istisna deyil.