Türkiyənin Adana şəhərində qeyri-adi ölüm hadisəsi baş verib.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 44 yaşlı Abdi Erol adlı vətəndaş hava almaq üçün evinin qarşısındakı parka gəlib. Bir müddət parkda oturan Erol, daha sonra gəzmək istəyib. Yağışın yağması iləyolun kənarından getmək istəyən 44 yaşlı kişi, tarazlığını itirib və yıxılıb. Bir tərəfi iflic olduğu üçün qalxa bilməyən Erol, təxminən 20 sm dərinliyindəki su yığınında boğulub.
Hadisə şahidləri 44 yaşlı kişinin öldüyünü görüb polisə müraciət ediblər. Araşdırmalar zamanı, Abdi Erolun boğularaq öldüyü ortaya çıxıb.
Ozal İbrahimli