Şok! 59 yaşlı qadının üzü çürüdü - FOTOLAR

DÜNYA
16:42 07.09.2012
6593
Şri-Lankadakı bu kəndli qadının plantasiyada qazandığı pullar universitetdə oxuyan oğlunun təhsil xərcinə sərf edilsə də, kənddəki yaşama da pul qalırdı.Karunavasinin həyatı pis deyildi və günlərin birində o, oğlu ilə birlikdə yeni ev tikmək qərarına gəldi.Milli.Az Asia Times-a istinadən bildirir ki, inşaat zamanı Karunavasinin sağ yanağını ağac parçası cızır.Kiçik cızığa əhəmiyyət verməyən qadın işə davam edir.Amma əbəs yerə...Cızığa düşən infeksiya onun həyatını cəhənnəmə çevrir.Ertəsi gün qadının bədənində qızdırma başlayır, sifəti şişir. Onu yalnız bir həftə sonra xəstəxanaya aparırlar. Xəstəxanada dərhal əməliyyat olunan Karunavasinin sağ yanağındakı əzələlərin bir qismini cərrahlar kəsib götürürlər.Fəqət, bəla bitmir.İnfeksiya "qayıdır", üzdəki əzələ və toxumaları məhv edirdi.İndi Karunavasinin siması eybəcər vəziyyətdədir.6 amerikalı transplantoloq qadını xilas etmək qərarına gəliblər.Onlar Karunavasiyə yeni üz köçürəcəklər və bu minvalla Şri-Lankadakı qadın dünyada üzü tam yenilənən 6-cı insan olacaq.

OXŞAR XƏBƏRLƏR