Şok: Ata oğlunu 6 ildir ki, basdırmır

MARAQLI
17:59 01.10.2012
3197

Çində bir ata 18 yaşında vəfat edən oğlunun cəsədini artıq 6 ildir ki, evində, soyuducuda saxlayır.

Tyan Xumin adlı ata avtomobil qəzasında oğlu ilə xanımını itirəndən sonra özünə gələ bilmirdi.

Arvadını dəfn edəndən sonra o, oğlunun cəsədini evə gətirdi.Oğlunun cəsədi ilə birlikdə yaşamağın ona həyat verdiyini deyən Xumin müvafiq dövlət qurumlarının mənsublarının xəbərdarlıqlarına rəğmən oğlunu dəfn etmək niyyətində deyil.

“Altı ildir ki, oğlum buzxanada, soyuducudadır. Dərddən ölərdim onsuz. Oğlumun yanımda olduğunu bilmək məni bu həyatda saxlayır, – Xumin deyir.

60 yaşlı Tyan Xumin Çonin vilayətindəki Kyasan bölgəsində, kiçik Huanlin kəndində yaşayır.

1979-cu ildə Yan Honyinlə ailə qurandan sonra Xumin bu kəndə köçərək yaşamağa başlayıb.

1987-ci ildə Tyan Qinyuan doğuldu.Oğlunun dünyaya gəlməsinə çox sevinən Tyan işdən evə bacardıqca tez qayıdır, balaca Qinyuanla oynayırdı.1996-cı ildə Tyan üçmərtəbəli ev tikdi və indi o günlərini həyatının ən bəxtəvər dövrləri sayır.Yay günlərinin birində Tyanın qızı, 15 yaşlı Yinyin vəfat etdi.

Bir neçə ay sonra isə Tyanın arvadı və oğlu qəzaya düşərək həlak oldular.

“Oğlumu dəfn etməkdən qorxuram. Əvvəl qızımı, sonra arvadımı və Qinyuanı itirdim. Kimim qalıb ki, bu həyatda?!” – Tyan deyir.

//milli.az

OXŞAR XƏBƏRLƏR