Şok qalmaqal: “Sumqayıt” komandası Preymer Liqadan çıxdı

İDMAN
11:00 02.12.2013
1033
Topaz Premyer Liqasının 15-ci turunda “Sumqayıt” - “Neftçi” matçında qalmaqal baş verib. Meydan sahibləri baş hakim Fariz Yusifovun idarəçiliyindən narazılıqlarını bildiriblər.Oyunun sonlarında Sumqayıt klubunun kapitanı Samir Abbasov topun “Neftçi”nin futbolçusunun əlinə dəydiyi epizodda Yusifovun penalti təyin etməməsinə etirazını bildirib.Baş hakim isə ona birbaşa qırmızı vərəqə göstərib.Oyundan sonra isə Sumqayıt klubunun prezidenti Kamran Quliyev Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevə zəng edərək, Yusifovun idarəçiliyindən narazılığını onun diqqətinə çatdırıb. O, "Ramin müəllim, belə hakimlik olmaz. Komandamı çempionatdan çıxarıram" deyib.
OXŞAR XƏBƏRLƏR