Türkiyənin Bağcılar rayonunda qan donduran cinayət baş verib.
AZXEBER.COM-un teleqraf.com-a istinadən xəbərinə görə, qısqanclıq səbəbindən evdə həyat yoldaşı ilə mübahisə edən Şerif Ç. Nimet Ç.-ni dəfələrlə bıçaqlayaraq öldürüb.Bu zaman evdə yatan 11 yaşlı uşaq səs-küyə oyanıb və evin ortasında anasının cansız cəsədi ilə qarşılaşıb.Nimet Ç-nin 2 il əvvəl ərindən qorxduğu üçün polisə getdiyi, müdafiə tələb etdiyi, lakin sonradan peşman olub şikayətini geri götürdüyü bildirilir.