Somalidə hərbçilərlə yaraqlılar arasında toqquşmalar zamanı 30 nəfər ölüb

Somalidə hərbçilərlə yaraqlılar arasında toqquşmalar zamanı 30 nəfər ölüb
DÜNYA
22:03 24.10.2021
356
Somalinin Quriel şəhərində ölkənin silahlı qüvvələri ilə hökumətə qarşı mübarizə aparan "Əhli əs-Sünnə val Camaa” adlı yarımhərbi qruplaşmanın yaraqlıları arasında baş verən toqquşmalar nəticəsində azı 30 nəfər ölüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə yerli "Somali Guardian” nəşri məlumat yayıb.

Məlumata görə, toqquşmalar zamanı 70-dən çox insan yaralanıb.

"(Somalidəki toqquşmalar nəticəsində-red) Otuz nəfər həlak olub, yetmişdən çox insan yaralanıb. Somali silahlı qüvvələrinin nümayəndələrinin sözlərinə görə, ordu bir neçə nəfəri əsir götürə bilib", - nəşr yazıb.
OXŞAR XƏBƏRLƏR