Somalidə hərbi baza yaxınlığında güclü partlayış olub

Somalidə hərbi baza yaxınlığında güclü partlayış olub
DÜNYA
21:49 18.05.2025
424
Somalinin paytaxtı Moqadişoda Damaanyo hərbi bazası yaxınlığında güclü partlayış olub.

Yerli mənbələrdən əldə edilən məlumata görə, Somali Milli Ordusuna qoşulmaq üçün namizədlərin qeydiyyatdan keçmək üçün növbə gözlədikləri ərazidə bir şəxs partlayıcı qurğunu işə salıb.

Hücum nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Hücuma görə məsuliyyəti hələlik üzərinə götürən olmayıb.
 
/APA
OXŞAR XƏBƏRLƏR