Son 13 ildə Azərbaycanda neft hasilatı 5.6 dəfə artıb.

Son 13 ildə Azərbaycanda neft hasilatı 5.6 dəfə artıb.
Bütün Xəbərlər
10:35 08.06.2011
1439

 

AZXEBER.COM portalının məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Bakıda “ XVIII Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ” konfransında deyib. O bildirib ki, bununla da, ölkədə gündəlik neft hasilatı 140 min ton və ya 1 milyon barelə çatıb. Rövnəq Abdullayev sözlərinə görə, 2015-ci ildə Azərbaycanda neft hasilatı il ərzində 55 mln ton, qaz hasilatı isə 30 mlrd kub metrə çatacaq. Nəticədə Azərbaycanın Avropanın enerji təhülkəsizliyinin təhcizatındakı rolu artacaq.
Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri, Çıraq, Günəşli» yataqlarının işlənməsi çərçivəsində həyata keçirilən Çıraq Neft Layihəsi ilə yeni mərhələyə qədəm qoyulduğunu deyən ARDNŞ başçısı bildirib ki, Çıraq Neft Layihəsi çərçivəsində ilk neftin 2013-cü ilin IV rübündə hasil ediləcəyi gözlənilir. Hazırda “Şahdəniz”də gündəlik hasilat 23 mln. kubmetr və ya 5 min barel kondensat təşkil edir. “Şahdəniz” layihəsinin II fazası çərçivəsində ildə əlavə olaraq 16 mlrd. kubmetr qazın hasil olunacağı gözlənilir, bunun üçün təxminən 30 hasilat quyusunun qazılması planlaşdırılır. Bu mərhələdə isə ilk qazın 2017-ci ildə çıxarılacağı gözlənilir”.

OXŞAR XƏBƏRLƏR