Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Qırğızıstanla yoldaşlıq görüşü barədə olan təəssüratları ilə bölüşüb.
AZXEBER.COM-un verdiyi xəbərə görə, Foqts bildirib ki, o, Qırğızıstanın oyununa, sözün yaxşı mənasında təəccüblənib.“Biz bu gün bəzi şeyləri sınaqdan keçirdik, bəzi şeylər isə alınmadı. Son 20 dəqiqədə biz pis oynamadıq. Qalan 70 dəqiqə isə o qədər də yaxşı olmadı. Ancaq mən heç bir bəhanə qəbul etmirəm. Bəzi anlarda mən hiss edirdim ki, oyunçularım matça ciddi yanaşmayıblar. Əgər biz bir də burada oynasaq, daha yaxşı meydanda oynamaq istəyərdik. Belə meydanda texniki futbol oynamaq çətindir.
Rüstəm Abışov zədəsi olduğundan start heyətində oynaya bilmədi. Mənim müqaviləm ilin sonuna qədərdir və bu mövzuda hələ ki suallara cavab vermirəm. Məşqçi üçün belə matçlarda oyunçuları müxtəlif mövqelərdə yoxlamaq vacibdir, xüsusilə də, start heyətində meydana çıxmayan oyunçuları. Bu gün futbolçularımın topsuz oynamağı, açılmaqları xoşuma gəlmədi", - deyə Berti Foqts bildirib.