Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan parlament seçkiləri ilə bağlı seçki kampaniyası çərçivəsində Kastamonu vilayətində keçirilən mitinqdə iştirak etdikdən sonra Ankaraya qayıdarkən hökumət başçısının mühafizə konvoyuna qarşı terror aktı törədilib. Naməlum yaraqlıların hücumu zamanı konvoyu müşaiyyət edən polislərdən ibarət qrupa silahlı hücum zamanı 1 polis əməkdaşı həlak olub, biri isə yaralanıb.
Yaylan məlumatlara görə, baş nazirin mühafizə xidmətini müşaiyyət edən polis qrupuna İlgaz dağı ətrafında pusqu qurulub. Ərdoğanı Kastamonu mitinqində qoruyan polis qrupu Çankırı yolunda avtomatlardan atəşə tutulub. Polislərə əl qumbarası atılıb. Bir müddət polis və baş nazirin mühafizəçiləri ilə terrorçualr arasında silahlı qarşıdurma davam edib.
Hücumdan sonra yanmağa başlayan polis avtobusu söndürülüb. Polislər meşə yollarında terroristlərin axtarışına başlayıb. Aktı həyata keçirən terrorçuların 4-6 nəfərdən ibarət qrup olduğu güman edilir.
Qeyd edək ki, baş nazir Ərdoğan Kastamonudan helokopterlə Amasiyaya gedib və bu səbəbdən maşın karvanında olmayıb.
/// Azadliq qezeti