Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada güclü yanğın başlayıb. Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Binəqədi rayonunda "Ramin" şadlıq evinin yaxınlığındakı məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 4-cü mərtəbəsində yanğın başlayıb.
Yataqxanada məskunlaşan sakinlər binanı tərk ediblər. Yanğın zamanı bir neçə dəfə partlayış səsləri də eşidilib. Hazırda yanğın davam edir.