28 may küçəsiylə Rəşid Behbudov küçəsinin kəsişməsində yerləşən 5 mərtəbəli yaşayış binasında yanğın olub.
Hadisə şahidlərinin AZXEBER.COM-a verdiyi məlumata görə, yanğın binanın 5-ci mərtəbəsində olub və binanın damını yerindən çıxarıb. Güclü yanğın səbəbiylə bina sakinləri evdən bayıra çıxa bilmir.
Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 9 xilasedici dəstəsi və 5-dən çox təcili tibbi yardım avtomobili gəlib.AZXEBER.COM hadisə yerindən eksklüziv video və fotoları təqdim edir.