Son dəqiqə! Koronavirusun yeni ştammı aşkarlandı

SAĞLAMLIQ
22:52 09.03.2022
3430
Ümumdünya Səhiyyə Təşkilatı dünyada koronavirusun yeni hibrid "deltakron” ştammının aşkarlandığını bildirib.

AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, yeni ştamm Avropada aşkarlanıb.

ÜST-ün rəsmisi Mariya Van Kerkxovenin dediyinə görə, Hollandiya, Belçika və Fransada koronavirusun bu ştammına yoluxan insanlar var.

Van Kerxovenin sözlərinə görə, koronavirusun yeni ştammı koronavirusun ən çox yayılmış iki alt növünü - "delta" AY.4 və "omikron" BA.1/BA.2 ştammlarını birləşdirərək yaranıb.

OXŞAR XƏBƏRLƏR