Son dəqiqə! Rafiq Tağının vəziyyəti ağırdır

Son dəqiqə! Rafiq Tağının vəziyyəti ağırdır
Bütün Xəbərlər
03:34 20.11.2011
1650

Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında Rafiq Tağı işdən çıxarkən bıçaqlanıb. Məlumata görə, naməlum şəxslər ona dayanacaqda hücum edərək, boynundan və kürəyindən bir neçə bıçaq zərbəsi endirirək qaçıblar.

AZXEBER.COM-un məlumatına görə, həkim Abbas Abbasov Rafiq Tağının səhhəti ilə bağlı jurnalistlərə məlumat verib. Abbas Abbasov deyib ki, Rafiq Tağı 5 buçaq yarası alıb.Yaralardan üçünü təftiş edib sarıyıblar.Bir buçaq zərbəsi həkimin deməsinə görə Rafiq Tağının sümüyünü sındırıb. Qarın nahiyəsindən aldığı 2 buçaq zərbəsi ilə bağlı isə hələ əməliyyat davam edir. Bu əməliyatın hələ bir müddət çəkəçəyi gözlənilir. Həkim deyib ki, Rafiq Tağı çoxlu qan itirib. Bu üzdən vəziyyəti çox ağırdır"

Məlumatlara görə, R.Tağıya hücum edən şəxs ilk zərbəni onun ürəyinə endirsə də, yazıçını qovluğu onu xilas edib.

OXŞAR XƏBƏRLƏR