AZXEBER.COM-un verdiyi məlumata görə, yanğın şəhərin 3-cü mikrorayon ərazisində baş verir.
Yanan obyekt yaşayış binasıdır. Videodan göründüyü kimi alovlanan hissə əsasən binanın damıdır. Yanğının səbəbləri hələlik məlum deyil.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və təcili yardım maşınları cəlb edilib. Bir nəfər xəsarət almış şəxs xəstəxanaya aparılıb.