SON DƏQİQƏ! 'Tarqovı' polis nəzarəti altına alındı - YENİLƏNİR

SON DƏQİQƏ!
Bütün Xəbərlər
14:44 17.11.2012
3951

Bir qrup müxalifət fəalının “Fəvvarələr meydanı”na təyin elədiyi razılaşdırılmamış aksiya ilə əlaqədar olaraq polis əməkdaşları ərazini nəzarətə götürüblər.

AZXEBER.COM-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, meydan tamamilə polislərlə əhatə olunub. Hazırda ərazidə xeyli sayda istirahətə gələn insan var. Meydanda jurnalistlər toplaşsa da, hələlik aksiya iştirakçılarından kimsə görünmür.

Qeyd edək ki, Aksiyanın “Parlament buraxılsın” şüarı ilə keçirilməsi nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR