Bakıda TIR-ların yolu bağlaması məsələsinə görə "Heç kim işdən çıxarılmayıb"

Bakıda TIR-ların yolu bağlaması məsələsinə görə "Heç kim işdən çıxarılmayıb"
SOSİAL
13:04 17.02.2022
5852

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) İdarə Heyətinin sədri Anar Rzayevə xəbərdarlıq verilməsi və şöbə müdiri Malik Lətif oğlu Əliyevin vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

AZXEBER.COM-un məlumatına görə, DANX-dan Oxu.Az-a verilən açıqlamada bildirilib ki, bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Heç kim işdən çıxarılmayıb və xəbərdarlıq da almayıb”.

***13:30

 

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda dörd yük maşınının Heydər Əliyev prospektində yolu bağlaması ilə bağlı təcili iclas keçirib.

BAKU.WS "Qaynarinfo.az”ya istinadən xəbər verir ki, iclasda nazirliyin yanında fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev və bir sıra rəhbər şəxslər iştirak ediblər.

Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb. Yaxın saatlarda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin olayla bağlı rəsmi açıqlaması olacaq.

Digər məlumata görə, Rəşad Nəbiyev baş verən hadisəyə görə AYNA-nın sədri Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, yaxın saatlarda baş verən hadisə ilə bağlı açıqlama veriləcək.

OXŞAR XƏBƏRLƏR