Xəbər verdiyimiz kimi, Türkiyənin Van şəhərində güclü zəlzələ baş verib. Kandil rəsədxanasından verilən məlumata görə, zəlzələnin gücü 7.2 bal olub.
Zəlzələdən sonra İsrail prezidenti Şimon Peres Abdulla Gülə zəng edib və hər cür köməyə hazır olduqlarını deyib. İsrailin Arutz Sheva xəbər saytı isə Gülün bu təklifi qəbul etmədiyini yazıb.