Son qızıl ümidlərimiz: Olimpiya çempionumuz mübarizəyə qoşulur

Son qızıl ümidlərimiz: Olimpiya çempionumuz mübarizəyə qoşulur
İDMAN
12:12 20.08.2016
17722

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının daha iki üzvü mübarizəyə start verəcək.

Belə ki, 86 kq çəki dərəcəsində çıxış edən Şərif Şərifov və 125 kq-da ölkəmizi təmsil edən Cəmaləddin Məhəmmədov medallar uğrunda yarışacaqlar.

Sərbəst güləş

86 kq

Olimpiya çempionumuz Şərif Şərifov turnirə 1/8 finaldan start verəcək. Londondakı uğurunu təkrarlamaq arzusunda olan milliləşdirilmiş legionerimiz birinci görüşünü çinli Şenqfenq Biyə qarşı keçirəcək. Qarşılaşma saat 17:25-də başlayacaq.

Əgər o, 1/4 finala yüksələrsə, yarımfinal üçün Mateus Baranovski (Polşa) - Sandro Aminaşvili (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.

125 kq

Ən ağır çəkidə çıxış edən Cəmaləddin Məhəmmədov da turnirə 1/8 finaldan başlayacaq. O, ilk cəhdində ABŞ güləşçisi İvaylov Dlaqnevi sınağa çəkəcək. Qarşılaşma saat 17:45-də start götürəcək.

Pəhləvanımız bu rəqibini geridə qoya bilsə, Robert Baran (Polşa) - Ayal Lazarev (Qırğızıstan) cütünün qalibi ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, yarışa ilk qoşulan sərbəst güləşçilərimizdən Hacı Əliyevlə (57 kq) Cəbrayıl Həsənov (74 kq) bürünc medal qazanıblar.

OXŞAR XƏBƏRLƏR