SON XƏBƏR: İstanbul qana boyandı: 32 ölü, 88 yaralı var - FOTOLAR/VİDEO – YENİLƏNİB

SON XƏBƏR: İstanbul qana boyandı: 32 ölü, 88 yaralı var -  FOTOLAR/VİDEO – YENİLƏNİB
DÜNYA
03:42 29.06.2016
18190
İstanbulun Atatürk hava limanında partlayış olub. Bu barədə Türkiyə mətbuatı az öncə məlumat yayıb.
"CNN Türk"ə danışan Ercan Kenan adlı şahid bildirib ki, ilk partlayış səsini Xarici Xəttlər Terminalında eşidib. Ardınca daha bir partlayış baş verib. Daha sonra çox sayda ambunals və xüsusi təyinatlı hava limanına doğru hərəkət Aeroportun girişi bağlanılıb.
Şahidin sözlərinə görə, partlayışdan sonra 50-yə yaxın atəş səsi eşidilib.
* * *
"Star" qəzetinin məlumatına görə, partlayışın canlı bomba tərəfindən törədildiyi ehtimal edir.
* * *
Atatürk hava limanına təyyarələrin enməsi və qalxması dayandırılıb. Çox sayda yaralının olduğu bildirilir. DHA-nın məlumatına görə, ən azı bir nəfər ölüb.
* * *
Baş nazir Binali Yıldırım daxili işlər naziri Efkan Ala və İstanbul valisi Vasip Sahindən telefonla məlumat alıb. Ban nazirin təlimatı ilə Daxili İşlər Nazirliyində fövqəladə komissiya yaradılıb.
* * *
Ədliyyə naziri Bəkir Bozdag partlayışla bağlı ilk açıqlanı verib: "Hava limanının girişində terrorçu əvvəlcə ətrafdakılara atəş açıb, sonra özünü partladıb. 10 şəhidimiz, 20-yə yaxın yaralımız var".
***
Hürriyetin yazdığı ən son məlumata görə, ölü sayısı 28-ə çatıb.
***
Habertürk qəzetinin yazdığı ən son məlumata görə hava limanının 3 istiqamətində baş verən partlayışlar nəticəsində 2-si polis olmaqla 32 nəfər həyatını itirib, 88 nəfər isə yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir
OXŞAR XƏBƏRLƏR