“Son zəng” məktəb daxilində və sadə formada keçirilməlidir”

“Son zəng” məktəb daxilində və sadə formada keçirilməlidir”
SOSİAL
15:22 15.05.2025
646
Son illərdə məktəblərdə "Son zəng" tədbirlərinin daha dəbdəbəli keçirilməsi, bunun üçün bəzi məktəblərdə pul yığılması kimi neqativ halların ortaya çıxması müəyyən narazılıqlara səbəb olur. 

AZXEBER.COM xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə məsələ ilə bağlı açıqlama verib. 

O, "Son zəng”in mahiyyətindən danışıb və bu tədbirlərin sadə keçirilməli olduğunu diqqətə çatdırıb: "Dünya əhalisi ən qədim zamanlardan başlayaraq öz fəaliyyətlərini dəyərləndirmək üçün təntənəli tədbirlər təşkil edirlər. Məsələn, insanlar ad günlərini qeyd edirlər. Bu, əslində onların yaşadıqları dövrün hesabatıdır. İnsan geriyə nəzər salır, uğurları ilə sevinir, uğursuzluqlarını aradan qaldırmaq üçün yollar axtarır. Ad günlərinin, yubileylərin keçirilməsinin fəlsəfəsi budur. 

Təhsilin müxtəlif mərhələlərini bitirdikdən sonra da insanlar öz fəaliyyətlərini təntənəli qeyd edirlər. Ölkəmizdə orta və ali məktəbi bitirəndə keçirilən "Son zəng” tədbirləri buna aiddir. Universitetlərdə bu tədbirlər daha məqsədəmüvafiq təşkil edilir. Əksər universitetlərdə bu tədbir elə ali məktəbin həyətində keçirilir. Adətən axşam tərəfi ali məktəbin həyətində qurulmuş səhnədə əvvəlcə universitet rektoru və bir neçə müəllim tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayır, sonra universiteti fərqlənmə ilə bitirən tələbələrin diplomları təqdim olunur, sonda tələbələrə musiqi nömrələri təqdim olunur, onlar musiqi sədaları altında rəqs edirlər. Bəzi universitetlər həyətdə yığışmaq imkanı məhdud olduğu üçün həmin tədbiri müxtəlif konsert salonlarında, həmin ssenari əsasında təşkil edirlər. Bu tədbirin bütün maliyyə xərclərini universitet öz öhdəliyinə götürür”.

H.Əlizadə əlavə edib ki, məktəblərdə də bu tədbir adətən məktəb həyətində keçirilir. Son zamanlarda bəzi məktəb rəhbərləri müəyyən maliyyə qarşılığında bu tədbiri müəyyən şənlik məkanlarında keçirməyə üstünlük verirlər. Bu isə maddi imkanları zəif olan valideynlər arasında haqlı narazılıqlar yaradır: "Son zəng”in keçirilməsinin əsas məqsədi şagirdlərə keçdikləri yola nəzər salıb, gələcək uğurlarının yollarını göstərmək olduğu halda, şagirdlər arasında narazılığın yaranması yolverilməzdir. Hətta bir sıra hallarda maddi tələbi ödəməyən şagirdlərin "Son zəng” tədbirinə buraxılmayacağı da bildirilir. Halbuki, "Son zəng”də iştirak etmək hər bir şagirdin haqqıdır. Onu bu tədbirdən necə kənarlaşdırmaq olar? Məmnunluq hissi ilə qeyd etməliyəm ki, Elm və Təhsil Nazirliyi, MÜTDA belə hallara qarşı həmişə mübarizə aparır”.

İctimai Şura sədri onu da vurğulayıb ki, "Son zəng” tədbirini məktəbin həyətində müəllim və şagirdlərin xatirə söhbəti, şagirdlərin özlərinin hazırladığı səhnəciklər, musiqi nömrələri əsasında təşkil etmək daha məqsədəuyğun olardı: "Hər bir şagird məmnunluq hissi ilə məktəbdən ayrılmalıdır və "Son zəng” tədbirindən sonra onun həyatında yeni mərhələ açıldığını görməlidir. Məktəbdən məmnunluq hissi ilə ayrılan şagird məktəbi onu həyata hazırlayan ocaq kimi dəyərləndirməli və hansısa bir çətinliklə üz-üzə qaldıqda məktəbə gəlib, öz müdrik müəllimləri ilə məsləhətləşməyi özlərinə rəva görməlidirlər. Mən bu il həm orta, həm də ali məktəbi bitirən bütün məzunları təbrik edir, onların hər birinə məktəbin onlara verdikləri bilik və bacarıqlarını ölkəmizin daha da inkişaf etməsinə həsr etməsini arzu edirəm”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT