“Son zəng” qadağan olundu

“Son zəng” qadağan olundu
DÜNYA
15:35 25.05.2016
2777

Tacikistanın Təhsil və elm nazirliyinin göstərişinə əsasən, bu il məktəblərdə “son zəng”in keçirilməsi qadağan edilib.

“Son zəng”in keçirilməsinə qoyulmuş qadağanın səbəbi açıqlanmır.

Qeyd edək ki, bu ölkədə “son zəng” artıq bir neçə il idi ki, “yetkinlik zəngi” adlanırdı.

Tacikistanda tədris ili iyunun 7-də başa çatır. Həmin gün dərslər adi qaydada keçiriləcək və heç bir tədbirin keçirilməsi nəzərdə tutulmayıb. (virtualaz.org)

OXŞAR XƏBƏRLƏR