Sona Vəliyeva Ali Media Mükafatının 1-ci dərəcəsi üzrə laureatdır

Sona Vəliyeva Ali Media Mükafatının 1-ci dərəcəsi üzrə laureatdır
MEDIA
17:36 22.07.2016
1294

İyulun 21-də Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatının mükafat komissiyasının iclası keçirilib.

Şuradan verilən məlumata görə, İdarə Heyətinin üzvlərindən ibarət komissiya mükafatın 2016-cı il üçün laureatlarının müəyyənləşdirilməsi məsələsini nəzərdən keçirib.

Məlumat üçün bildirək ki, Ali Media Mükafatı Mətbuat Şurasının İdarə Heyətinin 6 iyul 2010-cu il tarixli iclasının qərarı ilə təsis edilib. Mükafatının Əsasnaməsinə uyğun olaraq Azərbaycanda jurnalistikanın inkişafı sahəsində çoxillik xidmətləri olan, səmərəli fəaliyyətini indi də davam etdirən, həmçinin mediamızın çağdaş problemlərinin həllində təşəbbüskarlığı və təşkilatçılığı ilə fərqlənən şəxslərin əməyinin qiymətləndirilməsi əsas götürülüb.

Hər il 22 iyul Milli Mətbuat Günündə təqdim olunan mükafatın 3 dərəcəsi var. İclasda birinci dərəcə üzrə 1, ikinci dərəcə üzrə 2, üçüncü dərəcə üzrə 5 laureat müəyyənləşdirilib.Ali Media Mükafatının 3-cü dərəcəsi üzrə laureatların hər birinə 1000, 2-ci dərəcəsi üzrə 2000 manat pul təqdim edilir. 1-ci dərəcə üzrə laureat isə 5000 manat pulla mükafatlandırılır.

Müzakirələrdən sonra aşağıdakı adları qeyd edilən şəxslər Ali Media Mükafatının 2016-cı il üçün laureatları olaraq təsdiqləniblər. Laureatlara mükafatlar bu gün – 22 iyul 2016-cı il tarixdə milli mətbuatımızın 141 illiyi ilə bağlı “Altun saray” restoranında keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq.

Ali Media Mükafatının 3-cü dərəcəsi üzrə - Media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətlərinə görə təltif edilirlər:

Seyfəddin Hüseynli, “525-ci qəzet”in baş redaktor müavini;

Azər Ayxan, “Yeni Müsavat” qəzetinin baş redaktor müavini;

Aida Eyvazova, jurnalist-publisist;

Rəfiqə Sadıqova, “Gəncənin səsi” qəzetinin baş redaktoru;

Rəşid Hüseynov, jurnalist-publisist.

Ali Media Mükafatının 2-ci dərəcəsi üzrə laureatlar:

Umud Rəhimoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri - Azərbaycan həqiqətlərinin təbliğindəki xidmətlərinə görə təltif edilir;

Müsəllim Həsənov, Bakı Media Mərkəzinin redaktoru – Media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilir.

Ali Media Mükafatının 1-ci dərəcəsi üzrə laureat – qalib:

Sona Vəliyeva, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru – Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin yaradıcılığından bəhs edən “İşığa gedən yol” romanına görə təltif edilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib